Hurriyyet.az xəbər verir ki, "Tasnim" agentliyi İsrailin İranın şimal şərqində yerləşən Gilan vilayətindəki mülki obyektlərə hücumu nəticəsində 9 nəfərin həlak olduğunu, 33 nəfərin yaralandığını bildirib. Agentliyin Gilan valisinin müavininə istinad etdiyi məlumatda deyilir: "Bu gün səhər saatlarında hücum nəticəsində dörd yaşayış binası tamamilə dağıdılıb... Hücum nəticəsində doqquz nəfər vətəndaş həlak olub, 33 nəfər yaralanıb".
Zərər çəkənlərdən 16 nəfəri qadınlarla uşaqlar olublar.
Hürr Tərcüman