Quru sərhədlərinin bu gündə bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı müöhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində - bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini" olmuşdur".
Regional münaqişələr və sərhədlərin qapalı qalmasının strateji əhəmiyyətindən danışan deputat vurğulayıb ki, sabitlik olmasa, nə əhalinin rifahı, nə dəki dövlətin və cəmiyyətin inkişafı təmin oluna bilər. Xaos olan yerdə xarici sərmayələr yatırılmır, straeji əhəmiyyətli layihələr həmin məkanlarda həyata keçirilmir. Sabitlik olmayan ölkə beynəlxalq müstəvidə ciddi aktor kimi qəbul olunmur.
"Azərbaycanın sərhədləri coğrafi relyefindən asılı olmayaraq, peşəkarlıqla qorunur, dövlətimizin sərhəd təhlükəsizliyi və suverenliyinin toxunulmazlığı yüksək səviyyədə təmin olunur. Nəticə etibarilə, Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş strateji qərardır. Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin 23 sentyabr 2024-cü tarixli ilk iclasında çıxışı bunu birddaha təsdiqləyir. "Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır."