Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başlayıb.
MÜTDA-dan verilən xəbərə görə, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.
Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.