RU

Azərbaycanda məktəb modelinin dəyişməsi təklif olunur

İbtidai təhsil kitaba həvəs, müəllimə hörmətdən başlayır

"Report" xəbər verir ki, bunu ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, məktəb elm ocağıdır:

"Məktəbin tərifini geri qaytarmaq lazımdır. Müəllim və şagird məktəbi evi kimi görməlidir. Universitetlərin özünüidarəetmə sistemi olmalıdır. Müəllimlər qərar versin ki, ixtisasın kursu, tədrisi necə təmin olmalıdır. Bu yuxarıdan olan qərar olmamalıdır, yığışıb bir qərara gələn həmin şəxslərin fikirlərini öyrənməliyik".

O əlavə edib ki, məktəb modeli dəyişməlidir, 11 il olması doğru deyil:

"Məktəblərdə orta və tam orta konsepti yenidən qurulmalıdır. İbtidai məktəb 4 il ola bilməz, 5 il olmalıdır. Təhsil balanslı deyil. Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını onlardan alırıq. O yükün altında biz onları əzirik. Savad və bilik lazımdır, öncə isə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşağa oxumağa, kitaba həvəs yaradaq, müəllimə hörmət yaradaq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır".

Qalib Məmmədin sözlərinə görə, şagird özü ixtisas seçimi etməlidir:

"Nəyə görə biz 4 il tələbə oxuyanda onu bir sahəyə fokuslayırıq. Rektor və prorektor özünü tələbənin yerini qoyaraq düşünməlidir. Keyfiyyətli təhsil ucuz təhsil deyil və olmayacaq. Müasir dünyada belədir. Biz yeni model yaratmalıyıq. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik".

MƏLUMAT YENİLƏNİR...

Избранный
4
8
report.az

10Источники