RU

Mira Murati-nin süni intellekt startapı 2 milyard dollarlıq investisiya əldə edib

OpenAI-nin texnologiya direktoru Mira Murati tərəfindən təsis edilən və hələ altı aylıq olan sirli süni intellekt startapı Thinking Machines Lab 2 milyard dollarlıq ilkin investisiya mərhələsini bağlayıb. Bu investisiya şirkətin bazar dəyərini 10 milyard dollara çatdırıb. 

Startapın konkret fəaliyyəti hələ tam açıqlanmasa da, Murati və digər tanınmış süni intellekt tədqiqatçılarının nüfuzu şirkətə böyük maraq yaradıb və investisiya cəlb etməkdə mühüm rol oynayıb. Financial Times-ın mənbələrinə əsasən, investisiya raunduna Andreessen Horowitz liderlik edib, Sarah Guo-nun Conviction Partners fondu isə iştirakçılar arasında olub.

Mira Murati keçən ilin sentyabrında OpenAI-dən ayrılıb. O, ChatGPT, DALL-E və səsli rejim kimi şirkətin ən tanınmış süni intellekt məhsullarının hazırlanmasında rəhbərlik edib. Onun bir neçə sabiq həmkarı, o cümlədən həmtəsisçi John Schulman, yeni startapda iştirak edir.

Murati, 2023-cü ildə CEO Sam Altmanın rəhbərliyi ilə bağlı narahatlıqlarını bildirən və bu səbəbdən OpenAI-dən ayrılan az sayda yüksək vəzifəli şəxsdən biridir. Həmin ilin noyabrında idarə heyəti Altmanı istefaya göndərdikdə, Murati müvəqqəti olaraq CEO vəzifəsini icra edib. Lakin qısa müddət sonra Altman vəzifəsinə geri qaytarılıb.

©tech.az

Избранный
29
valyuta.az

1Источники