RU

İsrail rəsmisi İranla atəşkəsin şərtini açıqlayıb

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs elan edilməsindən sonra deyib ki, münaqişənin bütün tərəfləri buna əməl edərsə, atəşkəs qüvvədə olacaq...

Poliqon xəbər verir ki, məmurun sözlərini Axios-un jurnalisti Barak Ravid yayımlayıb.

"Bütün tərəflər atəşkəsə əməl etsələr, qüvvədə olacaq", deə Ravidin mənbəsi bildirib.

İyunun 24-nə keçən gecə Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya 12 günlük müharibənin rəsmi başa çatmasını alqışlayacaq.

İyunun 24-də səhər saatlarında İranın Press TV telekanalı İsraillə atəşkəsin qüvvəyə mindiyini bildirib. Bu, İran hücumlarının dörd dalğasından sonra baş verib.

Artıq İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib. Bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb: "İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək".

Poliqon.info

Избранный
7
poliqon.info

1Источники