“İsrail və İran arasında atəşkəs sonsuza qədər davam edəcək”.
Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib.
Tramp deyib ki, müharibə tamamilə bitib. ABŞ Prezidenti hesab edir ki, İsrail və İran bir daha heç vaxt bir-birlərinə atəş açmayacaqlar.
O, həmçinin ABŞ və Yaxın Şərq üçün əla bir gün olduğunu deyib və “mən bu işi görməkdən xoşbəxtəm” deyib.
İyunun 24-nə keçən gecə ABŞ prezidenti münaqişə tərəflərinin atəşkəslə razılaşdıqlarını açıqlayıb. Onun sözlərinə görə, dünya 24 saat ərzində 12 günlük müharibənin rəsmi başa çatmasını qarşılayacaq.
//Gülnarə Abasova, Editor.az