RU

Büdcə qaydasında çeviklik artırılır: Yuxarı hədd göstəriciləri hər 4 ildən bir təsdiq ediləcək

Büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən, büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hədd göstəricisi hər 4 ildən bir dövrün sonu üçün təsdiq ediləcək, təsdiq olunmayan aralıq hədəflər isə illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılacaq.

Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ortamüddətli və uzunmüddətli dövr üzrə makrofiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun idarəedilməsi məqsədilə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tərəfindən hər orqan (qurum) 4 ildən bir ortamüddətli dövrün sonu üçün müəyyən ediləcək.

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin növbəti ortamüddətli dövrün sonuna hədəflənən yuxarı hədləri başa çatan ortamüddətli dövrün sonuncu ilində müəyyən ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövrün sonuna müəyyən edilmiş yuxarı həddini rəhbər tutaraq həmin ortamüddətli dövrün illəri üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə əməliyyat (aralıq) hədəflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla formalaşdıracaq və müvafiq illərin icmal və dövlət büdcəsinin layihələrinin tərtibi zamanı nəzərə alacaq.

Избранный
6
2
fins.az

3Источники