Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün bu gün Hollandiyaya gedəcək. Yaxın Şərqdəki qızğın proseslərin kölgəsində keçiriləcək sammitdə Ərdoğan mesajlarını liderlər iclasında verəcək. Dövlət başçısının sammit çərçivəsində ikitərəfli danışıqlar aparacağı da gözlənilir. Prezident Ərdoğanın da qatılacağı toplantının gündəmi sıxdır...
Sammit çəkindirmə və müdafiə mövzusu ilə təşkil edilsə də, Yaxın Şərqdəki qaynar proseslər ən mühüm mövzu olacaq.
Ərdoğan mesajlarını çərşənbə günü liderlər iclasında verəcək.
ƏRDOĞAN LİDERLƏR İLƏ İKİ TƏRƏFLİ GÖRÜŞLƏR KEÇİRƏCƏK Dünya gündəminin Yaxın Şərqə çevrildiyi bu günlərdə baş tutan NATO sammiti çox kritik sammit hesab olunur. Alyans ölkələrinin liderləri isti hadisələrin baş verdiyi bir vaxtda təhlükəsizliyi qiymətləndirəcəklər. Prezident Ərdoğan sammitdə Türkiyənin yanaşmasını izah edəcək, bəzi dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Prezident Ərdoğanın həm liderlər iclasındakı çıxışında, həm də təmaslarında İsrailin Qəzzada törətdiyi qırğına diqqət çəkməsi gözlənilir.
AVROPA-ATLANTİKƏ QARŞI TƏHLÜKƏLƏR VƏ RİSKLƏR MASA ÜZRƏ OLACAQ Kommunikasiyalar direktoru Fahrettin Altun sosial media hesabında sammitdə Avro-Atlantik regionuna təhlükə və risklərlə bağlı strateji fikir mübadiləsi aparılacağını bildirib.
Müttəfiqlərin müdafiə xərclərini mövcud təhlükəsizlik mühitinin tələb etdiyi səviyyəyə çatdırmaq üçün yeni Müdafiə İnvestisiya öhdəliyinin sammitin əsas gündəmi olacağını bildirən Altun, NATO-nun müəyyən etdiyi əsas təhdidlərə qarşı çəkindirmə və müdafiə sahəsində Alyansın səylərinin də sammitdə qiymətləndiriləcəyini qeyd edib.
Sammitin ilk günündə liderlər Hollandiyanın ev sahibliyi edəcəyi şam yeməyinə qatılacaq. Prezident Ərdoğanın çərşənbə günü liderlərin iclasından sonra mətbuat konfransı keçirəcəyi də gözlənilir.