Bakı. Trend:
ABŞ-nin "İnter Mayami" və Braziliyanın "Palmeyras" klubları FIFAKlublararası Dünya Çempionatının pley-off mərhələsinin növbətiiştirakçıları olub.
Trend-in məlumatına görə, qrup mərhələsinin üçüncü turundakomandalar üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. 80-cidəqiqəyə qədər "Palmeyras" rəqibinə iki top fərqi ilə uduzurdu.
"Palmeyras" və "İnter Mayami" klublarının hər ikisinin 5 xalıvar, Braziliya klubu daha yaxşı top fərqi sayəsində A qrupununqalibi olub.
1/8 finalda "İnter Mayami" Çempionlar Liqasının hazırkı qalibi"Pari Sen Jermen" ilə qarşılaşacaq. "Palmeyras" Libertadoreskubokunun qalibi braziliyalı "Botafoqo" ilə qarşılaşacaq.