Bakı. Trend:
Mindanao adasının (Filippin) şərq sahillərində Filippin dənizisularında 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Mindanao adasında Bisliqşəhərindən 390 km şərqdə yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə“dağıdıcı” kimi qiymətləndirilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını6,3 olaraq qiymətləndirib. Onun məlumatına görə, zəlzələnin ocağı10 km dərinlikdə olub.