Son həftələr bütün futbol azarkeşlərini bir sual düşündürür: 2025-ci ildə “Qızıl top”u kim qazanacaq?
Publika.az xəbər verir ki, favoritlər arasında PSJ-nin futbolçuları da var. Usman Dembele nüfuzlu mükafata əsas namizəd hesab edilir. Amma klubdaxili rəqabət çox ciddidir – çoxları tərəfindən müasir dövrün ən yaxşı mərkəz yarımmüdafiəçisi hesab edilən Vitinya xüsusilə seçilir.
Əfsanəvi Ronaldo da portuqaliyalının istedadını qeyd edərək, onu bu il PSJ-nin heyətində sevimlisi adlandırıb. O, Vitinyanın onu təəccübləndirdiyini vurğulayıb.
“ Onların hamısı çox yaxşıdır! Dembeleni və onun keyfiyyətlərini “Barselona”da oynayanda görmüşdüm. Amma Vitinya məni həqiqətən heyran etdi. İntensivlik, driblinq, qollar – əla oyunçu!”, – Ronaldo deyib.