Gürcüstanlı UFC döyüşçüsü İliya Topuriya irlandiyalı Konor Makqreqorun barda dalaşmasına reaksiya verib.
Publika.az xəbər verir ki, Makqreqor İspaniyanın İbiza şəhərində gecə klubunda bir nəfəri vurub.
Topuriya SHAK MMA-ya müsahibəsində “O videonu görmüsən? Mən onu gördüm. Konor iki yumruq atdı və adi oğlanı belə nokaut edə bilmədi. Oğlan heç nə olmamış kimi uzaqlaşdı” deyib.