RU

İran-ABŞ münaqişəsi: Tehran radikal seçimlərə əl atacaq?

İran Qətərdəki ABŞ bazalarına zərbələr endirməsi radikal addımlar mərhələsinə keçid təhlükəsini önə çıxarır.

“Röyters” də daxil olmaqla beynəlxalq media İranın Qətərdəki hərbi bazaya hücumla bağlı Doha və Vaşinqtonu öncədən məlumatlandırdığını yazır. Bu, İran rejiminin daha öncə də istifadə etdiyi “simvolik hücum” taktikasını təkrarlaması kimi görünür. Lakin bu ehtimalı zəiflədən məqamlar da var: İranın daha öncə “simvolik hücumu” daxili auditoriyası və “müqavimət oxu” qarşısında güc nümayişi məqsədi daşısa da, mövcud müharibə şərtlərində bu cavab “simvolika”dan daha çox şey deməkdir;

Vaşinqtonun hücumuna cavab xarakteri daşıyan Tehranın hücumları rejimin özünüqoruma instinkti ilə müharibəni regional müstəviyə yaya biləcəyindən xəbər verir. Bu kontekstdə rejimin Hörmüz boğazının bağlanması kimi radikal seçimlərə əl atacağı da istisna edilməməlidir.

Asif Nərimanlı

Избранный
25
4
publika.az

5Источники