RU

ABŞ da göldə ailə dramı : Yüzlərlə insan qeyri adi quş hekayəsini izləyir

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ-ın Viskonsin ştatında yerləşən bir göldə qeydə alınan qeyri-adi quş davranışı sosial şəbəkələrdə böyük maraq doğurub. 

Qaynarinfo xəbər verir ki, fotoqraf Alan Ginzberqin "Facebook" paylaşımına əsasən, kanadalı turnalar (cranes) tərk edilmiş bir qaz yuvasında tapdıqları yumurtadan çıxan balanı övladlığa götürüblər.

Hər yaz mövsümündə eyni gölə qayıdan turna cütlüyü bu il yumurtadan çıxan tək balalarını güclü yağışlar səbəbilə itirib. Yağışlar nəticəsində göldə su səviyyəsi qalxıb və turnaların yuvası su altında qalıb. Onlar daha sonra yaxınlıqdakı tərk edilmiş qaz yuvasına yerləşiblər. Lakin qısa müddət sonra məlum olub ki, yuva tamamilə boş deyil – orada qaz yumurtası varmış. Bir neçə gün sonra yumurta çatlayıb və balaca qaz dünyaya gəlib. Turnalar isə onu öz övladları kimi qəbul ediblər.

Quş ailəsinin qeyri-adi mənzərəsi

Fotoqraf qeyd edir ki, turna cütlüyü bir-birindən fərqli iki bala – bir qəhvəyi turna balası və bir az çaşqın görünüşlü qaz balası ilə birlikdə gəzişirmiş:

"Turna anası hər iki bala ilə eyni sevgi ilə davranır, gölün dibindəki palçığı eşələyərək yem axtarır, onların hər ikisinə eyni qayğı göstərirdi. Genetik fərqliliklər isə onu heç narahat etmirdi”.

Bioloji valideynlər geri dönür

Maraqlı hadisələr bununla bitmir. Qaz balasının bioloji valideynləri qəfil ortaya çıxaraq öz yumurtalarının taleyindən xəbər tuturlar. Ginzberg bildirir ki, onlar saatlarla göl üzərində dövrə vurublar, lakin bala yenə də turna anasının yanında qalmağa üstünlük verib. Turna atası isə qazlara hücum çəkərək balanı qoruyub.

"Elə bilirdik ki, bataqlıq dramı daha da artmaz, amma bu anda iki qırmızı qanadlı qarğa da ortaya çıxaraq həm turnalara, həm də qazlara hücum çəkdi. Görünür, heç bir bataqlıq melodramı yandan keçən iki mənfi obraz olmadan tamamlanmır”, deyə fotoqraf zarafatla yazıb.

Qaz balası "vegetarian” olaraq qalır

Alan Ginzberq daha sonra yeni paylaşımında qeyd edib ki, qaz balası "ət yeyən” turnaların ailəsində yaşamasına baxmayaraq, hələ də vegetariandır. Turna valideynləri də onun qidalanma ehtiyaclarına uyğunlaşaraq yem axtarma vərdişlərini dəyişiblər və indi balanın yaxınlığında uyğun yem axtarırlar.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
qaynarinfo.az

1Источники