RU

Tramp İrana təşəkkür etdi - Zəif cavab idi!

ABŞ prezidenti Donald Tramp ABŞ hərbi bazalarına hücumdan sonra İrana təşəkkür edib.

Publika.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

“İrana bizi əvvəlcədən xəbərdar etdiyinə görə təşəkkür etmək istəyirəm ki, bu da insan tələfatının və xəsarətlərin qarşısını almağa imkan verdi", - Tramp bildirib.

Onun sözlərinə görə, artıq sülh zamanıdır: “Bütün dünyanı təbrik edirəm. İndi isə sülh zamanıdır”.

Ağ Ev rəhbəri, həmçinin ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinə bu ölkənin cavabını zəif adlandırıb. O qeyd edib ki, 14 raketdən 13-ü vurulub, digəri isə təhlükə yaratmadığı üçün “buraxılıb”.

Избранный
12
1
publika.az

10Источники