RU

Tramp hücum barədə əvvəlcədən xəbərdarlıq etdiyinə görə İrana təşəkkür etdi

BAKI, 24 iyun. TELEQRAF

Donald Tramp Qətərdəki ABŞ hava bazasına hücumdan əvvəl "xəbərdarlıq" etdiyinə görə İrana təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün “Social Truth” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

O, Tehranın bölgədə sülh və harmoniyaya doğru irəliləmək istədiyini və İsrailin də eyni şeyi etməsini həvəslə təşviq edəcəyini bildirib.

"İranın raket hücumunda heç bir amerikalı xəsarət almayıb və demək olar ki, heç bir ziyan dəyməyib", - Tramp əlavə edib.

"Ümid edirəm ki, bundan sonra heç bir nifrət olmayacaq. Bizə əvvəlcədən xəbərdarlıq etdiyi üçün İrana təşəkkür etmək istəyirəm. Bunun sayəsində hücum nəticəsində ölən və yaralanan olmadı", - o yazıb.

“Social Truth”da etdiyi ikinci paylaşımında Tramp Qətər Əmirinə "bölgədə sülh axtarışında etdiyi hər şey üçün" təşəkkür edib.

"Təbriklər dünya, sülh zamanıdır!", - Tramp üçüncü paylaşımında yazıb.

Избранный
20
11
teleqraf.com

10Источники