RU

Karyerasını başa vuran futbolçuya Mançester Yunayted də yeni vəzifə

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Conni Evans böyük ehtimalla "Mançester Yunayted"də qalacaq.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, futbolçu kimi karyerasını bu mövsümün sonunda başa vuran 37 yaşlı müdafiəçi, klubla yeni rolda əməkdaşlıq barədə danışıqlar aparır.

"Mançester Yunayted" Evansın gənc oyunçuların icarəyə verilməsi sahəsində çalışmasını istəyir. O, hansı futbolçunun hansı komandaya göndərilməsinin daha uyğun olacağını müəyyənləşdirəcək, onların inkişafını izləyəcək və lazım gəldikdə dəstək göstərəcək.

Klubda Evansın peşəkarlığı və qalib təcrübəsi yüksək qiymətləndirilir.

Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in heyətində 241 oyun keçirib və 8 qol vurub.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
sportal.az

2Источники