RU

İran raketlərinə görə Səudiyyə Ərəbistanına uçan AZAL təyyarəsi Bakıya döndü

Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə “J2 8205” nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

Heftelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Избранный
103
22
heftelik.az

10Источники