Fransalı yarımmüdafiəçi Pol Poqba diskvalifikasiya dövründə “Yuventus”un ona lazımi dəstəyi göstərmədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə “TF1” kanalının “Sept à Huit” proqramında danışıb:
“Diskvalifikasiya zamanı ‘Yuventus’dan dırnaq içərisində kömək istədim – masaj və ya fitnes məşqçisi baxımından. Çünki mən hələ də komandanın bir hissəsi idim və buna haqqım var idi. Deyək ki, ‘Yuventus’ məni dəstəkləmədi. Və bunun səbəbini başa düşmədim”.
Qeyd edək ki, 32 yaşlı futbolçunun dopinqə görə aldığı cəza bu ilin martında başa çatıb. Poqbanın yaxın vaxtlarda yenidən futbola dönəcəyi gözlənilir.