RU

“Qızıl top”u Pedriyə verərdim"

“Latsio”nun təcrübəli vingeri Pedro Rodriqes “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.

90deqiqe.Az "El Dia de Tenerife"yə istinadən xəbər verir ki, “Barselona”nın sabiq oyunçusu favoritinin katalon klubunun yarımmüdafiəçisi Pedri olduğunu bildirib:

“Əlbəttə, mən birinci yerə Pedrini qoyardım. Sonra Lamin Yamalı. Namizədlər arasında Dembelenin və Rafinyanın da adlarını çəkmək olar, amma mən Pedrinin qalib gəlməsini istərdim”.

Qeyd edək ki, 2025-ci il üçün “Qızıl top” mükafatı sentyabrda təqdim olunacaq. Mükafata əsas namizədlər arasında Usman Dembele, Lamin Yamal, Rafinha və Vitinya da yer alır. Xatırladaq ki, ötən il mükafatı Rodri qazanmışdı.

Избранный
16
90deqiqe.az

1Источники