RU

Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant müsabiqəsi elan edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclərtəşkilatları üçün “Konstitusiya və Suverenlik İli” çərçivəsindəlayihə təklifləri üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasınınqəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ciildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamıəsasında 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli"elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinəsadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suverenəsaslarına dair biliklərinin artırılması, konstitusiyaprinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdəictimai təşəbbüslərin stimullaşdırılması vasitəsilə “Konstitusiyavə Suverenlik İli”nin ideya və mahiyyətinin geniş ictimaiyyətəçatdırılmasını təmin etməkdir.

Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arasıgənclər və gənclər təşkilatları iyunun 23-dən iyulun 10-dək layihətəkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri yalnız Fondunrəsmi saytının E-xidmətlər Sistemi vasitəsilə elektron qaydadaqəbul edilir.

Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamaqşərtilə müəyyən edilməlidir. Fiziki şəxslərin fərdi layihələri üçünmüraciət məbləğinin dəyəri 5 min manatdan, gənclər təşkilatlarınınyerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 min manatdan,beynəlxalq layihələr üzrə 15 min manatdan çox olmamalıdır. Digərqurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və yabaşa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrarmaliyyələşdirilə bilməz.

Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyəəsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraqsistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdimetmək hüququna malikdir.

Qrant müsabiqəsi haqqında daha ətraflı məlumatı https://youthfoundation.az/182603/vasitəsilə əldə edə bilərsiniz.

Müraciət üçün: Elektron kabinetəgiriş

Məqalədə:
Избранный
36
6
az.trend.az

7Источники