RU

Qafqaznet yenə FHN də tender qazandı 79 min manatlıq kompüter profilaktikası

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət İnstitutun kompüter avadanlıqlarının profilaktikası xidmətinin satın alınması ilə keçirdiyi müsabiqənin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 79 378,6 manatdır. 

"Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. "Qafqaznet"in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Namazov Əmrah Şofir oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlkumata rast gəlinmir. 

Mediada gedən məlumatlara görə, "Qafqaznet" şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznesi barədə dərc edilən materiallarda da "Qafqaznet”in adına rast gəlinir. Bu iddialar indiyədək təkzib olunmayıb. 

Digər tərəfdən, "Qafqaznet" MMC-nin əsasən Fövqəladə Hallar Nazirliyi və ona tabeli qurumların keçirdiyi tenderlərdə qalib gəlməsi bu iddiaların əsassız olmadığına şübhələri arıtırır. 

Yeri gəlmişkən, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu FHN-ə tabeli qurumdur. İnstitut nazirliyin strukturu olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərir. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
qaynarinfo.az

1Источники