Almaniya və İtaliya ABŞ-da olan qızıl ehtiyatlarını geri götürmək niyyətindədir.

İndex.az xəbər verir ki, Almaniya və İtaliya ictimaiyyəti ABŞ-da saxlanılan 245 milyard dollar dəyərindəki qızıl ehtiyatlarının öz ölkələrinə qaytarılmasını istəyirlər.

Qeyd edək ki, Dünya Qızıl Şurasının məlumatlarına görə, Almaniya və İtaliya, müvafiq olaraq 3 min 352 ton və 2 min 452 ton ilə ABŞ-dan sonra dünyada ikinci və üçüncü ən böyük qızıl ehtiyatlarına malik ölkələrdir.