23 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib.
AzEdu.az xəbər verir ki, təlim zamanı effektiv resursların idarə edilməsi, resursların planlaşdırılması,izlənməsi və nəzarət, prioritetləşdirmə, komanda dinamikası, komanda rolları: belbin komanda rolları nəzəriyyəsi, komanda daxili ünsiyyətin əhəmiyyəti, münaqişələrin idarəedilməsi. komandada münaqişələrin həlli üçün üsullar, aktiv dinləmə, emosional zəka və resursların idarəedilməsi, emosional zəkanın rolu, empatiya komanda harmoniyası. istedadların idarəedilməsi, istedadların kəşfedilməsi, komanda üzvlərinin güclü tərəflərinin müəyyən edilməsi: SWOT analizi, motivasiya düzgün geridönüşün verilməsi barədə iştirakçılara məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.