RU

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olunub (FOTO)

Bakı.Trend:

23 iyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının PeşəBayramı Günü münasibətilə Azərbaycan Respublikasının BaşProkurorluğunda tədbir keçirilib.

Trend xəbərverir ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçiriləntədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları vəveteran dövlət qulluqçuları iştirak ediblər.

Çıxışında Baş prokuror Kamran Əliyev dövlət idarəçiliyində vədövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətinivurğulayıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının BaşAssambleyası tərəfindən 23 iyunun BMT-nin Dövlət Qulluğu Günü elanolunması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə butarix ölkəmizdə də Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimitəsis edilib.

Çıxış zamanı qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlətqulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlartəşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusuçalışır, onların 32,6 faizi qadınlardır.

Tədbirdə dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi,peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlətqulluqçularının sosial təminatının gücləndirilməsi istiqamətindəhəyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonda Baş prokurorun əmri ilə peşə bayramı münasibətiləfərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltifolunub və onlara hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları dövlət qulluğunun inkişafına, dövlətqulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksəkqayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özdərin təşəkkürlərini və səmimi minnətdarlıqlarını ifadəediblər.

Baş
Baş
Baş
Baş
Избранный
22
14
az.trend.az

9Источники