RU

"Bayern" ondan əl çəkmir

"Bayern" klubu "Atletik" klubunun sol cinah hücumçusu Niko Uilyamsın transferində israrlıdır. SİA xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "pivəçilər" İspaniya klubuna futbolçu üçün yeni rəsmi təklif göndərib. Niko Uilyamsa illik 12 milyon avro maaş təklif olunur.

Hazırda Uilyamsın transferinə ən yaxın olan klub isə "Barselona"dır. "Bayern" rəhbərliyi kataloniyalıların bu transferi reallaşdıra bilməyəcəyinə ümid edir. Bununla belə, futbolçu hələ ki, Münhen klubu ilə birbaşa əlaqəyə keçməyib və "Barselona" ilə razılaşmanın tamamlanmasını gözləyir.

Избранный
19
3
sia.az

4Источники