RU

ÜST Sudandakı xəstəxanaya hücumda ən azı 40 nəfərin öldüyünü açıqlayıb

Sudanın cənubundakı Qərbi Kordofan əyalətində xəstəxanaya hücum nəticəsində altı uşaq və beş tibb işçisi olmaqla 40-dan çox adam həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu barədə məlumat yayıb.

Təşkilatın X sosial media platformasında (keçmiş Twitter) bəyanatında deyilir: "ÜST Qərbi Kordofandakı Əl-Mücləd xəstəxanasına onlarla insanın yaralanması və 40-dan çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdan dəhşətə gəlib".

ÜST əlavə edib ki, hücum xəstəxana binasına ciddi ziyan vurub.

Mövsüm

Aznews.az

Избранный
11
aznews.az

1Источники