Dövlətə xəyanət ittihamı ilə mühakimə olunan Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış dəlil və sübutlarla təsdiqini tapıb.
Son Yazılar:
- Bəhruz Səmədova hökm OXUNDU
- Pezeşkian nazirlərlə görüş KEÇİRİR
- İran hücumdan əvvəl nüvə obyektlərini təxliyə edib
Hökmə əsasən, Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, B.Səmədov DTX tərəfindən həbs edilib. Məhkəmə prosesində Bəhruz Səmədovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi sübut olunub.