RU

AzadlıqRadiosunun jurnalisti Krımda həbsdən buraxılıb

ain.az bildirir, Gununsesi portalına istinadən.

Ukrayna vətəndaşı, Azad Avropa/Azadlıq Radiolarının Ukrayna xidmətinin Krım.Realii layihəsinin jurnalisti Vladislav Yesipenko Rusiya həbsxanasından buraxılıb. O, Ukrayna kəşfiyyatı üçün informasiya yığmaq şübhəsiylə 4 ildən çox həbsdə qalıb. Özü ittihamı rədd edirdi.

Gununsesi.info Yesipenko iyunun 22-də azad edilib.

“Vlad törətmədiyi cinayətə görə qanunsuz olaraq 4 ildən çox cəza çəkib. O, Rusiyanın işğalı altında olan Krımda baş verən gerçəkləri işıqlandırdığına görə çox yüksək bədəl ödəyib”, – AzadlıqRadiosunun prezidenti Stiv Kapus bəyanatında deyib.

“Buna görə o, fiziki və psixoloji işgəncəyə məruz qalıb. Onun həyat yoldaşı Katerina və gənc qızı Stefaniyaya qovuşmasını qeyd etdiyimiz bir vaxtda bu ailənin Rusiya hakimiyyətindən çəkdiyi əziyyəti də nəzərdən qaçırmamalıyıq”, – o vurğulayıb.

Rusiya-Ukrayna vətəndaşlığı olan Yesipenko 2021-ci il martın 10-da həbs olunub. 2022-ci ilin fevralında Rusiyanın Krıma təyin etdiyi məhkəmə ona casusluq ittihamıyla 6 il həbs cəzası kəsib. Özü, çalışdığı media orqanı və insan haqları qrupları ittihamları saxta adlandırıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
icma.az

1Источники