RU

Naçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq - RƏSMİ

Bakı. Trend:

Naçıvanda Hemodializ Mərkəzinin önümüzdəki ayın sonundafəaliyyətə başlaması nəzərdə tutulur.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikasının SəhiyyəNazirliyindən məlumat verilib.

Bildirilib ki, Muxtar Respublikanın səhiyyə sistemindəhemodializ xidmətlərinin genişləndirilməsi istiqamətində mühümaddımlar atılır.

İcra edilən əsas layihələrdən biri də xroniki böyrəkçatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilənixtisaslaşdırılmış tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinəyönəlmiş “Hemodializ Mərkəzi”nin yaradılması və müasir tələblərəcavab verən avadanlıqlarla təmin olunmasıdır.

Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublikadadializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkənvətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasınaşərait yaradılmasıdır.

Yaradılan mərkəzdə pasiyentlərə daha səmərəli, keyfiyyətli vəkomfortlu tibbi xidmətin göstərilməsi məqsədilə müvafiqsatınalmalar həyata keçirilmiş, ən son texnologiyalara uyğunistehsal olunmuş 53 ədəd hemodializ cihazı və müalicə prosesinindaha rahat və effektiv təşkili üçün qurğuya inteqrasiya edilibinternet bağlantısı və qulaqcıq girişli, yüksək təsvir keyfiyyətinəmalik televizorla təchiz edilib, 3 idarəetmə mühərrikli 48 ədədhemodializ kreslosu alınıb.

Qeyd edilib ki, Hemodializ Mərkəzinin önümüzdəki ayın sonundafəaliyyətə başlaması nəzərdə tutulur.

"Naxçıvan şəhərində yaradılan şəraitlə yanaşı, muxtarrespublikanın rayonlarında da hemodializ xidmətlərinintəkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədləyaxın günlərdə Şərur Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyətgöstərən Şərur Rayon Mərkəzi Xəstəxanası və Kəngərli Rayon MərkəziXəstəxanasına, həmçinin Culfa Regional Tibb Mərkəzinin tabeliyindəfəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad RayonMərkəzi Xəstəxanasına hemodializ cihazları və hemodializ kreslolarıtəhvil verilib.

Görülən bu tədbirlər muxtar respublikanın bölgələrindəhemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və tibbixidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasına xidmət edir",-deyə məlumata əlavə edilib.

Избранный
45
7
az.trend.az

8Источники