İranın Ali rəhbəri Əli Xameneinin yerinə keçməsi gözlənilən iki real namizəd var: biri öz oğlu Müctəba Xamenei, digər isə sələfi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" İrandakı mənbələrə istinadla məlumat yayıb.
İsrailin İrana hücumu başlayandan bəri “axtarış komitəsi” İranın Ali rəhbəri Əli Xemeneinin varisini tapmaq üçün işlərini sürətləndirib. Müxtəlif mənbələr Xameneinin öləcəyi təqdirdə Tehran onun yerinə dərhal birini təyin etmək istədiyini bildirirlər.
Hazırda 86 yaşlı İran liderinin əsas davamçıları kimi ortaya çıxan iki namizəddən biri öz oğlu 56 yaşlı Müctəba Xamenei, digər isə İslam inqilabının banisi Ruhullah Xomeyninin 53 yaşlı nəvəsi Həsən Xomeynidir.