RU

"Qalatasaray" ulduzu karyerasına nöqtə qoydu

Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Dris Mertens peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, 38 yaşlı belçikalı hücumçu iyulun 3-də dostu Marek Hamşiklə keçiriləcək vida matçından sonra futboldan rəsmi şəkildə ayrılacağını bildirib.

Qeyd edək ki, Mertens 2022-ci ilin yayında "Napoli"dən "Qalatasaray"a transfer olunmuşdu. İstanbul təmsilçisinin heyətində 136 oyuna çıxan təcrübəli futbolçu 25 qol vurub, 44 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Qalatasaray"la 3 dəfə Türkiyə çempionu olub.

Peşəkar karyerası ərzində AGOVV, Utrext, PSV, Napoli və "Qalatasaray" kimi klublarda forma geyinən Mertens dünya futbolunda dərin iz buraxan adlardan biri hesab olunur./milli.az


Избранный
26
1
news24.az

2Источники