RU

İran xalqı öz taleyini özü müəyyən etməlidir - Rusiya

BAKI, TurkicWorld

İrana dəstək hər zaman onun ehtiyaclarından asılı olaraq formalaşacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İrana dəstəyinə dair açıqlamasında bildirib.

“Hər şey İranın nəyə ehtiyacı olduğundan asılıdır. Biz vasitəçilik təklif etdik. Bu da bir növ dəstəkdir, lakin gələcəkdə vəziyyət İranın ehtiyaclarına əsasən formalaşacaq”- deyə o qeyd edib.

Peskov Moskvada jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarını pisləyib və Rusiyanın bu hücumlardan dərin narahatlıq keçirdiyini bildirib. Onun sözlərinə görə, bölgədə gərginlik səviyyəsi getdikcə artır və bu prosesə qoşulan ölkələrin sayı çoxalır.

O, ABŞ prezidenti Donald Trampın “İran ancaq hakimiyyət dəyişsə, yenidən böyük ola bilər” fikrinə münasibət bildirərək, “Bir ölkədə hökumətin taleyini yalnız həmin xalq təyin edə bilər, üçüncü ölkə yox” - deyə vurğulayıb.

İranın nüvə obyektlərində baş verənlərlə bağlı radiasiya risklərinin də qiymətləndirilməli olduğunu vurğulayan Peskov bu məsələlərin Rusiya üçün narahatedici olduğunu qeyd edib.

Putin və Trampın bu məsələni dəfələrlə müzakirə etdiyini bildirən Peskov, yaxın zamanda yeni görüşün planlaşdırılmadığını, lakin əlaqə kanallarının daim açıq olduğunu qeyd edib. O əlavə edib ki, İrana qarşı hücumlar Moskva-Vaşinqton dialoquna birbaşa təsir etmir və bu hadisələr müstəqil şəkildə baş verir.

Qeyd edək ki, son günlərdə ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları beynəlxalq səviyyədə ciddi gərginlik yaradıb və bu, bölgədəki sabitliyə mənfi təsir göstərməkdədir.

Избранный
3
turkic.world

1Источники