RU

İran hava məkanının bağlı qalma müddəti yenidən uzadıldı

İranda ölkədaxili və beynəlxalq uçuşlara qoyulan qadağanın müddəti uzadılıb...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Yollar və Şəhər İnkişafı nazirliyi bəyan edib.

"Ölkənin hava məkanı sabah saat 14:00-a qədər (Bakı vaxtı ilə 14:30) bağlı olacaq", - deyə təşkilatın bəyanatında qeyd olunur.

Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.

Poliqon.info

Избранный
10
2
poliqon.info

10Источники