RU

AŞ PA ilə Azərbaycan arasında kompromis mümkündürmü? STEFAN ŞENAK DEYİR Kİ...

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

AŞ PA-nın iyun sessiyası da Azərbaycan deputat qrupunun iştirakı olmadan öz işinə başlayıb. 

Qeyd edək ki, AŞ üzvü olan bəzi ölkələrdən olan deputatlar- Macarıstan, Moldova, Türkiyə və Ukrayna Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsinin problemin həlli olmadığını deyib.

Ötən aylarında təcrübəsi də göstərdi ki, Azərbaycanla Avropa Şurası arasındakı gərginliyin yumşalması üçün hər iki tərəfdən  addım atılmayıb.

Bəs görəsən,  Avropa Şurası ilə Azərbaycan arasında kompromis mümkündürmü?

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şenak Gununsesi.info-ya eksklüziv açıqlamasında bu haqda danışıb.

İndiki halda AŞ PA ilə Azərbaycan arasında kompromisin çətin olduğunu vurğulayan Şenak bildirib ki, buna səbəb Azərbaycanda çoxsaylı jurnalistlərin və ictimai-siyasi fəalların həbsdə olmasıdır:

“Vəziyyətin dəyişməsi üçün Azərbaycan addım atmalıdır. Bu addım ondan ibarət olacaq ki, Azərbaycan hökuməti həbsdəki jurnalistləri və digər fəalları  azad etsin. Söhbət 1-2-3 nəfərdən deyil, bütün siyasi məhbuslardan gedir”.

AŞ PA həmməruzəçisi, həmçinin hökumətin qurum rəsmilərinin Azərbaycana səfərinə qoyduğu qadağanı da götürməsinin vacib olduğunu deyib:”Azərbaycan tərəfi bunları edərsə, bu, böyük addım olacaq. Yalnız bundan sonra vəziyyət dəyişə bilər”.

Pərviz Həşimli 

Fransa/Strasburq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники