RU

Rəsmi Bakı Suriyadakı terror aktını pisləyib

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

"Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birində terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, 53 yaralı var.


AzVision.az



Избранный
11
12
azvision.az

10Источники