RU

Hava şarı fəzada yandı, 8 nəfər öldü - FACİƏNİN ANBAAN VİDEOSU

Musavat.com xəbər verir ki, Braziliyanın cənubundakı Santa-Katarina ştatının Praia Grande bölgəsində baş verən dəhşətli hava şarı qəzası nəticəsində azı 8 nəfər həyatını itirib. Ölənlərdən üçünün eyni ailənin üzvü olduğu bildirilib. Onlar Konkordiya şəhərindən olan ailədir.

Hadisə iyunun 21-də, şənbə günü baş verib. Yerli mənbələrin məlumatına görə, hava şarının səbəti alovlanıb və yüksəkdən yerə çırpılıb. Nəticədə səbətdə olan bəzi şəxslər yerdəcə can veriblər. Bununla belə, 12 nəfərin vaxtında səbətdən tullanaraq sağ qalmağı bacardığı deyilir.

Braziliya rəsmiləri hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb. Qəzanın səbəbləri və texniki nasazlıqların olub-olmadığı araşdırılır.

Facə ilə bağlı ətraflı məlumatı hadisəni yerində araşdıran deputat və jurnalist Serxio Quimaraes təqdim edib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı iki gün öncə Musavat.com yayımlamışdı.

Musavat.com

Избранный
7
musavat.com

1Источники