RU

ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib

ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib

ABŞ-ın Suriyanın şimal-şərqində, Həsəkə vilayətində yerləşən hərbi bazası hücuma məruz qalıb.

AFN.az xəbər verir ki, bu barədə Mehr İran agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentlik hücumun kim tərəfindən həyata keçirildiyini dəqiqləşdirməyib.

Hadisə 23 iyun səhər saatlarında baş verib. Hərbi baza minaatan mərmisi ilə vurulub. Mərminin haradan və kim tərəfindən atıldığı barədə məlumat yoxdur.

Bildirilir ki, hücumdan sonra bazada yerləşən ABŞ hərbi kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, bir neçə Amerika helikopteri havaya qaldırılıb, ərazi isə ABŞ əsgərləri tərəfindən yoxlanılıb.

Избранный
4
afn.az

1Источники