Macarıstan və Slovakiya Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiya əleyhinə 18-ci sanksiyalar paketinin qəbuluna qarşı çıxıblar.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belçikanın paytaxtında keçirilən iclasın fasiləsi zamanı bildirib.
“Bu gün Slovakiya ilə birlikdə 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını aldıq. Bunu ona görə etdik ki, bu sanksiyalar paketi qəbul olunsaydı, Aİ ölkələrinə — o cümlədən Macarıstan və Slovakiyaya — Rusiya təbii qazı və ucuz xam neftini almaq qadağan olunacaqdı,” – deyə o bildirib.