RU

KİV: ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edilib

Suriyanın şimal-şərqindəki Əl-Həsəkə vilayətində ABŞ hərbi bazasına hücum edilib.

Operativ Media xəbər verir ki, bu barədə İranın Mehr dövlət agentliyi mənbələrə istinadən xəbər verir.

"Məlumatlı mənbələr bazar ertəsi ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edildiyini bildiriblər. Mənbələr hücumun hədəfinin Suriyanın qərbindəki Həsəkə əyalətinin Kasruk bölgəsindəki ABŞ hərbi bazası olduğunu bildiriblər ", - məlumatda deyilir.

Qeyd edək ki, Birləşmiş Ştatlar İranın Natanz, Fordov və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. 

Избранный
7
operativmedia.az

1Источники