Bu fikirləri Bahar Muradova Bakıda “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü”ndə çıxışı zamanı səsləndirib. O bildirib ki, proqram hazırda ölkəmizin 58 rayonu və 27 təhsil müəssisəsini əhatə edir və yüzlərlə gənc qızın təhsilinə töhfə verməyə davam edir:
“Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin “Məzun günü”dür. Tədbir 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan gənc xanımların əzmkarlığını və təhsildə əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədi daşıyır. Bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım cəmiyyətin mənfi stereotiplərinə və ictimai müqavimətə baxmayaraq təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir”.
Komitə sədri tədbirdə iştirak edən dövlət rəsmilərinə, millət vəkillərinə, layihə iştirakçılarına və qonaqlara təşəkkürünü bildirərək, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihəyə verdiyi dəstəyi yüksək qiymətləndirib:
"Belə faydalı təşəbbüslərin reallaşmasında hər zaman ön sırada yer alan, Azərbaycan gəncliyinə və onların təhsilinə xüsusi qayğı göstərən xanım Leyla Əliyevaya dərin hörmət və ehtiramımızı bildiririk. Onun burada bizimlə olması təşəbbüsümüzə verilən dəyərin göstəricisidir".
B.Muradova qeyd edib ki, bu layihə təkcə sosial proqram deyil, həm də maarifçilik ideyasının davamı, xalqın inkişafına yönələn ciddi missiyadır: "1901-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən qızlar üçün ilk dünyəvi məktəbin açılması ilə cəmiyyətimizdə qadının yeri və təhsilin rolu haqqında mühüm mesaj verildi. Bu gün isə həmin maarifçilik ruhu "Gənc qızların təhsilinə dəstək" layihəsi ilə davam etdirilir".
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта