RU

"Real"ın oyununda irqçilik qalmaqalı: Bu cür davranışlara...

"Real"ın baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "Paçuka" ilə oyunun sonunda baş vermiş qalmaqallı hadisəyə münasibət bildirib.

Publika.az xəbər verir ki, söhbət Meksika klubunun futbolçusu Qustavo Kabralın "Real"ın alman müdafiəçisi Antonio Rüdigerə qarşı irqçi ifadələr işlətməsindən gedir.

"Biz Tonini dəstəkləyirik. Gözləyəcəyik, indi FİFA-nın protokolu işə düşəcək və onlar öz araşdırmalarını aparacaqlar. Əgər bu, həqiqətən baş veribsə, tamamilə yolverilməzdir. Bu cür davranışlara qarşı dözümlülük yoxdur", – deyə Alonso mətbuat konfransında bildirib.

Xatırladaq ki, Rüdigerin baş hakimə Kabralın onu təhqir etdiyini bildirməsindən sonra oyun bir müddət dayandırılmışdı. Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
3
publika.az

1Источники