RU

TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM

Serebral iflic və epilepsiyadan əziyyət çəkən xəstənin dərman təminatı ilə bağlı ciddi problem yaşanır.

Bu barədə “Yeni Sabah”a şikayət məktubu daxil olub. Bakı sakini Aytac Əliyeva bildirib ki, 20 ildir dövlət tərəfindən bacısına verilən dərmanlar TƏBİB-in yeni qərarına əsasən artıq ödənişli formada hər hansısa aptekdən alınmalıdır:

“Bacım Aydan Əliyeva artıq 20 ildir ki, serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkir. Tibb elminin rəyinə əsasən, bu xəstəliklərin tam sağalması mümkün deyil və Aydanın həyatda qalması gündəlik olaraq qəbul etdiyi xüsusi dərmanlarla mümkündür.

Uzun illərdir ki, bu dərmanlar ona dövlət tərəfindən, 9 saylı poliklinikanın verdiyi resept əsasında təmin edilirdi. Bildirmək istəyirəm ki, şəhər apteklərindən əldə edilən eyni adlı dərmanlar Aydana eyni təsiri göstərmir və ciddi fəsadlara səbəb olur. Bu səbəbdən yalnız poliklinikanın yönləndirdiyi aptekdən verilən dərmanların istifadəsi onun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

Lakin bu günlərdə Aydanın həmin poliklinikada qeydiyyatda olan həkimi tərəfindən bildirildi ki, artıq TƏBİB-in qərarına əsasən, bu dərmanlar onlara verilməyəcək. Bu, təkcə bir xəstənin deyil, ümumilikdə minlərlə bu cür ağır diaqnozlu insanın həyatını birbaşa təhlükə altına qoyur.

Qeyd edək ki, Aydan dərmanları bir gün belə qəbul etmədikdə şiddətli qıcolmalar baş verir və həyatı təhlükə ilə üz-üzə qalır. Bu səbəbdən, məsul qurumların - xüsusilə TƏBİB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nin dərman təminatının bərpa olunması ilə bağlı məsələyə aydınlıq gətirməsini tələb edirik”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
11
3
yenisabah.az

4Источники