RU

IOC-un yeni prezidenti açarları təhvil aldı

BAKI, 23 iyun. TELEQRAF

Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti vəzifəsini icra etməyə başlayıb.

Teleqraf xəbər verir ki, xanım prezident 2013-cü ildən təşkilata rəhbərlik edən Tomas Baxı əvəz edib.

Onunla təhvil-təslim mərasimi keçirilib.

“Mən minnətdarlıq, inam və sevinc hissi ilə Olimpiya Evinin açarlarını IOC-un 10-cu prezidenti Kirsti Koventriyə təhvil verirəm”, - Bax vurğulayıb.

Almaniyalı sabiq funksioner həmçinin ömürlük fəxri prezident seçildiyi üçün IOC üzvlərinə təşəkkür edib.

Избранный
6
teleqraf.com

1Источники