RU

Türkiyədəki suriyalıların ölkələrinə qayıtması halı intensivləşdi

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Suriyalılar məktəblərin tətilindən sonra vətənlərinə dönməyə başlayıblar.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədəki Suriyalıların, 61 illik BƏƏS rejiminin devrilməsindən sonra vətənlərinə dönüşləri sürətlənib.

Məktəblərin tətilə çıxması ilə birlikdə, bir çox ailə könüllü şəkildə Suriyaya qayıdır.

Suriyalı Məhəmməd Kəhrəman bildirib ki, müharibə səbəbilə Türkiyəyə sığınıb. "Türkiyəni çox sevdik. Məktəblər bağlandıqdan sonra vətənə dönmək qərarına gəldik. Uşaqlarımız qiymət cədvəllərini aldı, indi isə yola çıxırıq. Türkiyəyə təşəkkür edirik,” – deyə o bildirib.

Onun 12 yaşlı oğlu Yusif Kəhrəman da təhsilini davam etdirmək üçün Suriyaya qayıtdıqlarını deyib: "Burada 4 il oxudum, qiymətlərim əladır. Savaş bitib, artıq vətənimdə oxuyacağam. Türkiyəyə minnətdaram.”

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
azxeber.com

1Источники