"Zirə"nin vingeri Salifu Sumnu ölkə xaricindən daha bir klub transfer etmək istəyir.
Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Konyaspor" qvineyalı futbolçu ilə ciddi maraqlanır. Artıq klubun "Zirə" ilə danışıqlara başladığı və 21 yaşlı vingerin təzminat məsələsini həll etməyə çalışdığı bildirilir.
Qeyd edək ki, Sumanın "Zirə" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.