RU

Pekin artıq Vaşinqtona inanmır

ABŞ-ın İranın nüvə obyektlərinə hücumu Pekinin Vaşinqtona olan inamını sarsıdıb. Çin vəziyyətin “nəzarətdən çıxa biləcəyindən” narahat olub.

Editor.az bildirir ki, bu barədə “Reuters” agentliyi BMT Təhlükəsizlik Şurasının iclasından sonra dövlət mediasına istinadən xəbər verir. Təhlükəsizlik Şurasının iclasında Rusiya, Çin və Pakistan Yaxın Şərqdə dərhal və qeyd-şərtsiz atəşkəsə çağıran qətnamə təklif ediblər. Çinin BMT-dəki səfiri Fu Konq tərəfləri, o cümlədən İsraili “vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün dərhal atəşi dayandırmağa” çağırıb. Fu deyib ki, İran zərər çəkib, “amma Birləşmiş Ştatların həm ölkə kimi, həm də istənilən beynəlxalq danışıqların iştirakçısı kimi etibarı da zədələnib”.

Çin mediası ABŞ-ın bu addımını “son dərəcə təhlükəli və təxribatçı” adlandırıb və xarici hərbi müdaxilənin heç vaxt sülh gətirməyəcəyini, ancaq “regional nifrət və travmanı dərinləşdirəcəyini” bildirib.

//Samir Qurbanov, Editor.az

 

Избранный
8
editor.az

1Источники