RU

Referendum keçiriləcək – DETALLAR

Bu il Azərbaycanda referendum keçirilməsi planlaşdırılır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə politoloq Zaur Məmmədov paylaşım edib.

Eyni zamanda referendumla bağlı bir sıra detallar açıqlanıb.

Heftelik.az Zaur Məmmədovun paylaşımını təqdim edir:

– Azərbaycan 2025-ci ildə mühüm siyasi və hüquqi transformasiya mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Konstitusiya və Suverenlik İli” elan olunub. Bunun fonunda ölkədə ümumxalq səsverməsi — referendumun keçirilməsi planlaşdırılır. Bu təşəbbüs təkcə hüquqi dəyişikliklər deyil, eyni zamanda dövlət idarəetməsi, milli identiklik və ərazi-inzibati strukturda mühüm dönüş nöqtəsi hesab oluna bilər.

Referendum yalnız texniki konstitusiya düzəlişləri ilə məhdudlaşmır. Onun daha dərin siyasi və ideoloji ölçüləri var: Azərbaycan post-münaqişə dövründə öz suverenlik arxitekturasını yenidən formalaşdırmaq və beynəlxalq müqavilələrə istinad edən bəzi hüquqi çərçivələri daxili hüquqi bazası ilə əvəzləmək niyyətindədir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub və 2002, 2009, 2016-cı illərdə müxtəlif düzəlişlərə məruz qalıb. 2025-ci ildə isə gözlənilən dəyişikliklər daha sistemli və strateji xarakter daşıyır. Bu dəyişikliklərə aparan əsas səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Post-münaqişə reallıqları – işğal altında olan torpaqların azad olunması ilə bağlı yaranmış yeni reallıqlar Azərbaycanın dövlət strukturlarının daha çevik və vahid hüquqi çərçivəyə inteqrasiyasını zəruri edir.
  2. Suverenlik anlayışının yenidən tərifi – Xarici müqavilələrə və beynəlxalq hüquqa istinadların azaldılması ilə daxili suveren hüququn gücləndirilməsi.
  3. Yüksək texnoloji çağırışlar – Rəqəmsal dövlət və informasiya təhlükəsizliyi müstəvisində hüquqi boşluqların doldurulması.
  4. İdarəetmənin təkmilləşdirilməsi – Prezident və hökumət strukturlarının səlahiyyət bölgüsündə modernləşdirmə.

Referendumun hüquqi və siyasi əhəmiyyəti

Referendum Konstitusiyanın 3-cü maddəsinə əsasən xalqın birbaşa iradəsini ifadə etdiyi ali mexanizmdir. Bu baxımdan gözlənilən dəyişikliklər yalnız parlamentin deyil, xalqın birbaşa iştirakını tələb edir.Bu, dəyişikliklərə legitimlik qazandırmaq və ictimai konsensus yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Siyasi baxımdan isə referendum dövlətin transformasiya ehtiyacına cavab verməklə yanaşı, xalqın qərarverici mövqeyini ön plana çəkir.

  1. Naxçıvan

Bu kontekstdə ən diqqətçəkən məqamlardan biri isə Naxçıvan Muxtar Respublikasının statusunda gözlənilən dəyişikliklərdir.

Hesab edirəm ki, çox güman kı, muxtar respublika ifadəsinin – vilayət ifadəsi ilə əvəzlənməsi nəzərdə tutulur.

1921-ci il Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtar respublika statusu verildi. Bu status SSRİ və sonradan müstəqil Azərbaycan Konstitusiyalarında tanındı. 1995-ci il Azərbaycan Konstitusiyasında Naxçıvan “muxtar respublika” kimi ayrıca konstitusiyaya, parlamentə (Ali Məclis) və hökumətə sahib oldu.

Yeni mərhələdə belə görünür ki, “Muxtar respublika” anlayışının hüquqi sənədlərdən çıxarılması ilə Naxçıvanın müstəqil idarəetmə strukturları  ləğv olunur.

Yeni islahat planlarına əsasən Naxçıvanın yerli icra orqanlarının rəhbərləri birbaşa Prezident tərəfindən təyin olunacaq. Bu isə o deməkdir ki, Ali Məclis və onun sədrinin səlahiyyətləri daralacaq. Bu, ərazi idarəçiliyinin vahid mərkəzdən — Bakıdan həyata keçirilməsi deməkdir.

  1. Regional və yerli idarəetmə.

Azərbaycan 2025-ci ildə dövlət  idarəetməsində köklü  bir struktur islahatına gedir. Regional və yerli idarəetmə sistemində ənənəvi sovet mirası olan icra hakimiyyətləri tarixə qovuşur və vahid mərkəzdən idarəetmə modeli koordinasiya əsaslı dövlət nümayəndəliyinə keçir.

Sözsüz ki, bu institusional səmərəlilik və vahid hüquqi məkan deməkdir. 2025-ci ildə Azərbaycan Respublikasında nəzərdə tutulan Konstitusiya islahatları və idarəetmə sistemindəki struktur dəyişikliklər, dövlətin hüquqi və inzibati arxitekturasında keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Bu dəyişikliklər xüsusilə regional və lokal idarəetmənin transformasiyası kontekstində fundamental əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında həyata keçirilməsi nəzərdə tutulan Konstitusiya dəyişiklikləri, müasir dövrün çağırışlarına cavab verən və hüquqi-inzibati sistemin təkmilləşdirilməsinə yönəlmiş kompleks dövlət islahatlarının davamıdır. Bu dəyişikliklər, dövlət idarəetməsinin strukturuna, səmərəliliyinə və funksional mexanizmlərinə dair fundamental transformasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan innovativ idarəçilik modeli, yalnız institusional çərçivədə deyil, eyni zamanda strateji vizion səviyyəsində sistemli yenilənməyə əsaslanır. Bu modelin əsas məqsədi — dövlətin normativ-hüquqi təməlini müasirləşdirmək, idarəetmədə çevikliyin artırılması və milli suverenliyin hüquqi əsaslarını gücləndirməkdir.

Konstitusiya dəyişiklikləri vasitəsilə hüquqi sistemin adaptivliyi artırılır, idarəetmədə vətəndaş mərkəzli yanaşmalar önə çıxarılır, qərarvermə mexanizmləri isə daha şəffaf və funksional şəkildə yenidən qurulur. Eyni zamanda, bu islahatlar dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmlənməsi, idarəetmədə cavabdehlik və hesabatlılığın yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ümumilikdə, aparılan konstitusion islahatlar Azərbaycan Respublikasında dövlət idarəetməsinin müasir çağırışlara uyğunlaşdırılması, hüquqi institutların gücləndirilməsi və milli inkişaf strategiyasının davamlı təmin olunması baxımından dərin və məqsədyönlü siyasi iradənin ifadəsi kimi çıxış edəcək.

 

Избранный
9
heftelik.az

1Источники