RU

“Simurq”un sabiq baş məşqçisi Türkiyədə iş tapdı

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Türkiyədə çalışacaq.

Futbolpress.az xəbər verri ki, o, “Serik Belediyespor”a baş məşqçi təyin olunacaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Türkiyə III Liqasında mübarizə aparan klubun səhmlərinin 50 faizi Rusiyanın “Ximki” futbol klubunun investoru, azərbaycanlı biznesmen Tufan Sadıqova məxsusdur. Yuran 2020 və 2022-ci illərdə “Ximki”də işləyib.

Mütəxəssis 2011-ci ilin yayından 2012-ci ilin fevralına kimi “Simurq”a rəhbərlik edib.

Избранный
15
2
futbolpress.az

3Источники